Xəbər Lenti
Bugün, 13:36
Azərbaycan və Rusiya arasında tranzit yükdaşımaların inkişafı ilə bağlı Saziş imzalandı
21 Ağu 06:48Hadisə
Sumqayıtda qadının ölməsi, oğlunun xəsarət alması ilə bağlı cinayət işi başlanıb
Avqustun 21-i saat 03 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi, azyaşlı oğlunun isə xasarət alması faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb.
Trend-in məlumatına görə, bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb.
Hazırda cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcəkdir.