Xəbər Lenti
Bugün, 12:48
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Bugün, 10:54
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
Bugün, 10:42
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Bugün, 10:13
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
5-07-2025, 09:03
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
5-07-2025, 08:49
Şərqin və Qərbin körpüsü: Azərbaycanın diplomatik tarazlıq strategiyası və sülhə baxış
19 Ara 03:17Hadisə
Taksi şirkətinin narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən yeddi sürücüsü saxlanılıb
İlk baxışdan hər kəsdə taksi sürücüsü təəssüratı yaradır. Müştərilərdən gələn sifarişləri qəbul edir və onları deyilən ünvana aparır. Bununla da izini itirməyə və məqsədini gizlətməyə çalışır. Əsas niyyəti isə paytaxtda narkotik vasitələrin satışını həyata keçirmək olan “taksi sürücüsü” əsl simasını çox gizlədə bilmir.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışını həyata keçirən əvvəllər məhkum olunmuş “Uber” taksi şirkətinin sürücüsü Anar Kəlbiyev qısa zamanda ifşa edilərək saxlanılıb. Onun üzərindən, avtomobilindən və Abşeron rayonunda yaşadığı evdən külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin narkotiklərin satışı zamanı istifadə etdiyi plastik kart aşkarlanıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilkin sorğu zamanı Anar Kəlbiyev narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçiriləndən sonra əldə etdiyini və şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinə çatdırmaq məqsədilə Bakı şəhərinə gətirdiyini bildirib. Onun bu məqsədlə xaricdə yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirlə mütəmadi əlaqə saxladığı da həyata keçirilən texniki tədbirlərlə sübuta yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, Anar Kəlbiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Baş İdarə əməkdaşlarının son dövrlərdə keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan “Uber” taksi şirkətinin ümumilikdə yeddi sürücüsü saxlanılaraq istintaqa təqdim edilib. Həmin şəxslərdən 20 kiloqrama yaxın narkotik vasitə və psixotrop maddə aşkar olunub.
Bu şəxslərin daxil olduqları şəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin