Menu
Xəbər Lenti
Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

Şamaxıda zəlzələ oldu
15-05-2025, 07:12

Şamaxıda zəlzələ oldu

Tramp da Türkiyəyə getmir
15-05-2025, 06:31

Tramp da Türkiyəyə getmir

Zelenski Türkiyəyə getdi
15-05-2025, 06:30

Zelenski Türkiyəyə getdi

11 Ock 21:00Hadisə

Binə qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan dəstə üzvləri tutulublar

Bakı şəhərinin Xəzər Rayon Polis İdarəsinin 3-cü polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Binə qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan beş nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əməliyyatlar zamanı Aygün Rzayeva, Nəsimi Yunisli, Vidadi Nəzərzadə, Vüsal Ələkbərov və Elvin Şərifov tutulublar.

Araşdırmalar zamanı müəyyənləşdirilib ki, Aygün Rzayeva Binə qəsəbəsində narkotik vasitələrin satışını həyata keçirmək üçün şəbəkə yaradaraq Nəsimi Yunisli və digərlərini bu işə cəlb edib. O, narkotik vasitələri isə sosial şəbəkələr vasitəsi ilə tanış olduğu xarici ölkələrdən birinin vətəndaşından onlayn yolla aldığını deyib. Aygün Rzayeva və onun şəbəkəsinə daxil olan şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər izahatlarında narkotik vasitələri Aygün Rzayeva və Nəsimi Yunislidən aldıqlarını etiraf ediblər.

Faktlarla bağlı 3-cü polis şöbəsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinə göndərilib. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.