Menu
Xəbər Lenti
Aktrisalığa qayıda bilər
22-08-2026, 10:52

Aktrisalığa qayıda bilər

Sabah 36 dərəcə isti olacaq
20-08-2026, 10:55

Sabah 36 dərəcə isti olacaq

25 Ara 22:15Hadisə

Bələdiyyə sədri cinayət məsuliyyətinə cəlb edilib

Zərdab rayonunun Dəkkəoba bələdiyyəsinin sədri Elxan Məmmədovun 2017-2022-ci illərdə qanunsuz hərəkətlərə yol verməsinə dair toplanmış material üzrə rayon prokurorluğunda cinayət işi başlanıb.

Rayon prokurorluğunun AZƏRTAC-a daxil olan məlumatında bildirilib ki, istintaqın gedişində Elxan Məmmədovun vəzifə səlahiyyətlərini aşmaqla bələdiyyə əmlakını mənimsəməsi və vəzifə saxtakarlığı etməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

İş üzrə Elxan Məmmədov təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 309.1-ci (vəzifə səlahiyyətlərini aşma), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan olunub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.