Xəbər Lenti
Bugün, 09:41
Sadır Japarov: “Ölkələrimiz bundan sonra da hərbi-texniki sahədə əməkdaşlıqda maraqlıdır”
29-04-2024, 14:44
Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar
29-04-2024, 11:33
Azərbaycançılıq idealogiyasının yaradıcısı və banisi Ulu Öndər Heydər Əliyev Azərbaycanda güc strukturunu yaratmışdır -Könül Nəbizadə
29-04-2024, 07:50
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
28-04-2024, 12:05
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
28 Ara 23:10Hadisə
Nərimanov rayonunda mənzildən naməlum şəraitdə 15 min dollarlıq antik əşyalar oğurlanıb
Nərimanov rayonunda M.Araz küçəsində yerləşən mənzillərin birindən naməlum şəraitdə 15 min dollar dəyərində antik şamdanlar, mücrü və gümüş kəmər oğurlanması barədə polisə məlumat daxil olub. Oğurluğun ev sahibinin evdə olmadığı son 15 gün ərzində törədildiyi bildirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının “isti iz”lərlə keçirdikləri əməliyyat-axtarış, əməliyyat-texniki tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin oğurluq və soyğunçuluq maddələri ilə məhkum edilmiş, 1996-cı il təvəllüdlü Ramin Tağıyev müəyyən olunaraq saxlanılıb. Oğurlanan əşyaların yeri tapılaraq maddi sübut kimi götürülüb, sahibinə qaytarılması təmin olunacaq.
R.Tağıyev cinayət məsuliyyətinə cəlb olunub.
Faktla bağlı rayon polis idarəsinin istintaq şöbəsində araşdırmalar davam etdirilir.