Xəbər Lenti
Dün, 09:28
Bütün imtahanları bir platformada birləşdirən “AzSınaq” istifadəyə verilir - Azərbaycanda ilk
Dün, 09:23
Tovuz rayonunda sahibkarlıq qanuna əsaslanır, yoxsa İcra hakimiyyəti rəhbərliyinin cibinə?
20-04-2026, 09:28
ABB-nin “AI-nur” və “AI-khan”ı - 1 milyondan çox qarşılıqlı ünsiyyət,3 yeni imkan!
18-04-2026, 17:20
"TVM İNŞAAT" MMC-nin rəhbərliyi sudurğa xəstəsi olan qaynaqçı və işçinin pulunu mənimsəyib
03 Şub 18:47Hadisə
Xətai rayonunda xadimə işlədiyi evdən 38 min manat pul oğurlayıb
Xətai rayonunun N.Əliyev küçəsindəki mənzillərin birindən 38 min 750 manat pulun qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Xətai rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğun həmin mənzildə xadimə işləyən Ləman Cahangirova tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub.
Araşdırmalarla xadimənin ötən il dekabrın 28-dən bu il fevralın 14-dək olan müddətdə həmin mənzildə ev sahiblərinə məxsus seyfdən, gizli saxlanc yerindən və əl çantasından ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 38 min 750 manatı gizli yolla talaması müəyyən olunub.
Rayon polis idarəsində faktla bağlı Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılıb.
Ləman Cahangirova şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.