Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

14 Ara 02:38İdman

“Lusail” stadionunda rekordlarla zəngin yarımfinal matçı – FOTOREPORTAJ

Futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatının yarımfinal mərhələsində Xorvatiyaya 3:0 hesabı ilə qalib gəlib. Bu qələbə Argentina millisini finala yüksəldib.

AZƏRTAC xəbər verir ki, “Lusail” stadionunda oynanılan matç Argentina millisi və Lionel Messi üçün əlamətdar olub.

Argentinalı futbolçu Messi dünya çempionatlarının tarixinə düşüb. Otuz beş yaşlı hücumçu bir mundialda 3 matçda həm qol, həm də məhsuldar ötürmə edən ilk futbolçu adını qazanıb. Forvard bu uğura Meksika ilə qrup oyununda (2:0), Niderlandla dörddəbir matçında (2:2, penaltilər seriyasında 4:3) və Xorvatiya ilə yarımfinal qarşılaşmasında (3:0) imza atıb.

Messi cari çempionatda “qol+məhsuldar ötürmə” sistemində də liderliyə yüksəlib. Fransalı futbolçu Kilian Mbappeni geridə qoyan Messinin aktivində 5 qol və 3 məhsuldar ötürmə var. Mbappedə isə bu göstərici “5+2”yə bərabərdir.

Xorvatiya millisi ilə oyunda Messi cari il 30-cu məhsuldar ötürməsini edib. Həmçinin bu, forvardın kareyrasında 350-ci belə ötürmə olub. Hücumçu, eləcə də Argentina – Xorvatiya matçının ən yaxşısı seçilib.

Argentina millisi tarixində altıncı dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Beləliklə, komanda İtaliya və Braziliyanın uğuruna şərik olub. Ancaq final matçında iştiraka görə, rekord Almaniya millisinə məxsusudur – 8 dəfə.

Messi bir dünya çempionatının səkkizdəbir, dörddəbir və yarımfinal mərhələlərində qol vuran altıncı futbolçu olub. Daha əvvəllər bu uğura Salvatore Skillaçi (1990-cı il), Roberto Baco (1994-cü), Xristo Stoiçkov (1994-cü), Davor Şuker (1998-ci) və Uesli Sneyder (2010-cu) imza atıblar.

Argentina seçməsi heç vaxt mundialların yarımfinal mərhələsində keçirdiyi oyunlardan məğlub ayrılmayıb.

AZƏRTAC Argentina – Xorvatiya oyunundan maraqlı görüntüləri təqdim edir. Fotolar “Çempionat” saytının fotomüxbirinə məxsusdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin