Menu
Xəbər Lenti
Cəlilabadda zəlzələ oldu
24-05-2026, 10:57

Cəlilabadda zəlzələ oldu

“AS Group” WUF13-də
22-05-2026, 14:23

“AS Group” WUF13-də

WUF nəyimizə lazımdır?
21-05-2026, 14:29

WUF nəyimizə lazımdır?

20 Ara 06:45İdman

Dünya çempionatının ən pis futbolçularının reytinqi - SİYAHI

Fransanın “L’Equipe” nəşri Qətərdə keçirilən dünya çempionatının ən pis futbolçularının reytinqini hazırlayıb.

AZƏRTAC xəbər verir ki, uelsli qapıçı Ueyn Hennessi ən pis qapıçı seçilib.

Reytinqdə müdafiəçilərdən - Metti Keş (Polşa), Məhəmmədhüseyn Kanaani (İran), Boualem Khouhi (Qətər), Yannik Ferreyra Karrasko (Belçika); yarımmüdafiəçilərdən - Andreas Skov Olsen (Danimarka), Kristyan Belik (Polşa), Piotr Zielinski (Polşa), Krepen Qyatta (Seneqal); hücumçulardan Qaret Beyl (Uels), Entoni Kontreras (Kosta Rika) yer alıblar.

Qeyd edək ki, futbol üzrə Argentina millisi Qətərdə keçirilən dünya çempionatında Fransa yığmasını penalti seriyasında məğlub edərək mundialın qalibi olub – 3:3 (4:2). Argentina millisi tarixində üçüncü dəfə mundialı birinci pillədə başa vurub. Komanda bu göstərici ilə Fransa və Uruqvay yığmalarını qabaqlayıb. Belə ki, Fransa və Uruqvay millilərinin hesabında 2 dünya çempionluğu var.

İtaliya və Almaniya seçmələri 4, Braziliya isə 5 dəfə dünya çempionu olub.