Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
24 Ara 03:05İdman
Güləş üzrə ölkə çempionatına yekun vurulub
Bakı İdman Sarayında keçirilən güləş üzrə Azərbaycan çempionatına yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə sərbəst güləş üzrə 61, 70, 79, 92 və 125 kiloqram çəki dərəcələrində qaliblər müəyyənləşib.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda İntiqam Vəlizadə (61 kq), Maqomed-Başir Xaniyev (70 kq), Səbuhi Əmiraslanov (79 kq), İbrahim Yusubov (92 kq) və Rahid Həmidli (125 kq) qızıl medala sahib olublar.
Qeyd edək ki, II dərəcəli beynəlxalq hakim Vaqif Zeynallı 60 yaş həddinə çatdığı üçün beynəlxalq arenada karyerasını başa vurub. Bu münasibətlə güləş ənənələrinə uyğun olaraq, bu gün təcrübəli referinin rəmzi fitlə vidalaşma mərasimi təşkil edilib. Vaqif Zeynallı yerli yarışlarda hakimlik fəaliyyətini davam etdirə bilər.