Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:18

Bu gün imtahan var

FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

07 Ock 02:14İdman

Qılıncoynatma üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Qılıncoynatmanın sablya və şpaqa növü üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yarışda 81 yeniyetmə oğlan və qız iştirak edib.

Azərbaycan Qılıncoynatma Federasiyası və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə fərdi sablya yarışlarında Nahid Məmmədli və Zərifə Hüseynova qızıl medal qazanıblar.

Səid Əliyev və Xədicə Həsənli isə şpaqa növündə bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.