Xətai rayonunda Beynəlxalq Müəllimlər Günü münasibətilə “Zirvəyə Aparan İşıq” adlı tədbir keçirilib.
Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yeni “SOCAR Balakhani” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmişdir.
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Azərbaycan neftinin qiyməti 96 dolları ötüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,68 ABŞ dolları, yaxud 0,71 % artaraq 96,43 ABŞ dolları təşkil edib.
Bu barədə “Report"a neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin noyabr fyuçersləri 89,32 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.























































