Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

10 Kas 09:58Manşet / Dünya

Netanyahu: “İsrailin Qəzzanı işğal etmək məqsədi yoxdur”

 

“İsrail HƏMAS-ı məğlub etdikdən sonra Qəzza zolağına hakim olmaq, onu işğal etmək və ya idarə etmək niyyətində deyil, lakin lazım gələrsə, yaraqlılardan gələn təhlükənin qarşısını almaq üçün etibarlı qüvvələr anklava girməlidir”.

Bunu İsrailin Baş naziri Benyamin Netanyahu bildirib.

Netanyahunun qeyri-müəyyən müddətə Qəzzanın təhlükəsizliyinə İsrailin cavabdeh olacağına dair açıqlamaları İsrailin əsas müttəfiqi olan ABŞ-nin reaksiyasına səbəb olub. Vaşinqton Qəzzanın müharibədən sonrakı işğalına qarşı çıxıb və anklavın fələstinlilər tərəfindən idarə edilməli olduğunu bildirib.

“Biz Qəzzanı fəth etməyə, Qəzzanı işğal etməyə, Qəzzanı idarə etməyə çalışmırıq… Düşünürəm ki, Qəzzanın gələcəyinin necə olacağı aydındır: Bu döyüşün sonunda HƏMAS olmayacaq, biz HƏMAS-ı təkcə özümüz üçün deyil, hamı üçün, sivilizasiya naminə, fələstinlilərin və israillilərin naminə məhv edəcəyik. Biz Qəzzanın demilitarizasiyasını, deradikalizasiyasını və yenidən qurulmasını görməliyik və bütün bunlara nail olmaq olar”, - deyə Netanyahu vurğulayıb

O bildirib ki, Qəzzada hökumət qurulmalıdır, lakin İsrail 7 oktyabr hücumu kimi hücumun bir daha təkrarlanmaması üçün əlindən gələni edəcək.

“Beləliklə, lazım gələrsə, Qəzzaya girəcək və qatilləri zərərsizləşdirəcək etibarlı qüvvələrə malik olmalıyıq. Çünki bu, HƏMAS kimi strukturun dirçəlməsinə mane olacaq”, - deyə İsrailin baş naziri əlavə edib.

Mənbə: Oxu.az