200-dən çox sakini bir araya gətirən İlaxır Çərşənbə: Azur Residence-də yeni idarəetmə özünü sübut etdi
Azərbaycanda daha bir icra hakimiyyətində KÜTLƏVİ İXTİSAR: 54 nəfər işdən çıxarıldı - ÖZƏL
Pulsuz ayrılmalı olan məzar yerləri FANTASTİK QİYMƏTLƏRƏ satışa çıxarılır - RƏSMİ AÇIQLAMA
Azərbaycan yalnız regional güc kimi deyil, həm də qlobal dialoq və əməkdaşlıq platformalarının təşəbbüskarı kimi çıxış edir
Şimali Kipr Türk Cümhuriyyətində "Azərbaycan günü"
Şimali Kipr Türk Cümhuriyyətinin Girnə şəhərində Azərbaycan Kıprıs Dostluq Cəmiyyətinin və ASKEF-in təşkilatçılığı ilə "Azərbaycan günü" keçirildi. Bayram tədbirində ŞKTC-nin Baş Naziri Unal Üstel və hökumət üzvləri, ASKEF Başkanı Savaş Unal, AKDC-nin sədri Orxan Həsənoğlu, ASKEF-in Azərbaycan və Orta Asya üzrə təmsilçisi Sona İsmayılova,AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi polkovnik Elmar Hüseynov çıxış etdilər. Möhtəşəm bayram tədbirində Türkiyə, Azərbaycan, İran, Avstriya, İraq-Kərkük, Özbəkistan, Qırğızıstan, Qazaxıstan Bolqarıstanda gələn qonaqlar, ŞKTC-də yaşayan azərbaycanlılar, türklər, Kıprıs Mücahidləri iştirak etdilər.
Bayram şənliyinə. ASKEF-in üzvləri müğənni Samir Abdullayev, şair-ozan Zübeyir Daras, Naxçıvandan gələn müğənnilər maraqlı proqramla iştirak etdilər.
Fərid Səfərov
AJB-nin üzvü
























































