Xəbər Lenti
7-05-2024, 10:25
Prezident İlham Əliyevin Slovakiyanın baş naziri ilə geniş tərkibdə görüşü başlayıb
7-05-2024, 10:21
Prezident İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü olub - YENİLƏNİB
5-05-2024, 11:52
Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb
Batabat yaylağında bayram tədbiri keçiriləcək
Muxtar respublikanın füsunkar guşələrindən olan Batabat yaylağında Şahbuz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban bayramına həsr olunan tədbir keçiriləcək.
Iyulun 10-u saat 11:00-da başlayacaq bayram tədbirində Şahbuz rayonunun musiqi, rəqs və folklor qruplarının milli geyimdə çıxışları, xalq oyunları təqdim ediləcək. Eyni zamanda milli mətbəximizə məxsus nümunələr, müxtəlif şirniyyat məhsulları da hazırlanaraq tədbir iştirakçılarına təklif ediləcək.
Bayram tədbirində Batabat yaylağına gələn digər rayonların oba sakinlərinin iştirakı ilə çobanlar bayramı da təşkil olunacaq. Burada, həmçinin istedadlı qadınların əl işlərinin sərgi-satışı təşkil olunacaq. Turistlər və digər qonaqlar isə yaradılan iaşə xidmətindən yararlanmaq imkanı əldə edəcəklər.