Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
Ermənistan MTX sərhəddə iki yeniyetmənin "oğurlanması" barədə şayiələri təkzib etdi
Adil Əliyevdən Araz Musayevin iddialarına cavab: "Ortada istintaqı yayındırmaq cəhdi var"
Şahin Seyidzadə: Azərbaycanın yaşıl enerji sahəsindəki təşəbbüsləri xüsusi əhəmiyyət daşıyır
“Sumqayıt” rəsmisi: “Stadionla bağlı qeydlər oldu, onları həll etməyə çalışırıq”
“Həm Azərbaycan Premyer Liqasını yayımlayan “CBC Sport”, həm də Peşəkar Futbol Liqası Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionuna baxış keçirib. Arenanı gəzdik, oyun keçirməklə bağlı müəyyən qeydlər oldu və onlar nəzərə çatdırıldı”.
Bunu “Report”a açıqlamasında “Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev deyib.
Klub rəsmisi idman obyektində media nümayəndələri üçün xüsusi sektor hazırlanacağını vurğulayıb:
“Çəkiliş meydançası ilə əlaqədar problem var idi, bunlar tikintidə nəzərə alınmamışdı. Buna görə müəyyən düzəliş olacaq. Bəzi xırda detallar da vaxt tələb edir. Bütün bunları həll etməyə çalışırıq. Hazır olandan sonra isə orada ilk oyunu keçirmək haqqında düşünəcəyik”.
Qeyd edək ki, PFL Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün növbəti 5 turunun oyun cədvəlini açıqlayıb. Proqrama əsasən, “gənclik şəhəri” təmsilçisinin ev qarşılaşmaları ilin sonuna qədər “Kapital Bank Arena”da keçiriləcək.