Menu
Xəbər Lenti
Kiyevdə partlayışlar oldu
20-12-2024, 07:36

Kiyevdə partlayışlar oldu

Razyana çayının faydaları
18-12-2024, 06:36

Razyana çayının faydaları

17 Kas 11:25Manşet / Gündəm / Cəmiyyət

Qərbi Azərbaycan İcması: “ABŞ regionda özünün mənfur planlarını həyata keçirməyə çalışır”

 

“Ənənəvi olaraq, Azərbaycan xalqına düşmən münasibəti bəsləyən ABŞ Konqresində növbəti bir anti-Azərbaycan tədbiri keçirilib. Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “Dağlıq Qarabağın gələcəyi” kimi təxribatçı başlıq altında keçirilmiş dinləmə Konqresin səlibçi mentalitetini, korrupsiyaya uğramış bu strukturun insan hüquqlarına zidd və etnik ayrı-seçkilik yanaşmasını faş edib”.

Bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında deyilir.

Bildirilir ki, dinləmələrdə çıxış etmiş həm hökumət rəsmiləri, həm də konqresmenlər regionda sülhə maneə törədən və düşmənçiliyi qızışdıran bəyanatlar veriblər. Açıq-aydın görünür ki, ABŞ Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə yaranmış sülh imkanından ciddi şəkildə narahat olub. ABŞ rəsmilərinin verdikləri bəyanatların destruktiv olması onun beynəlxalq hüquqa zidd, böhtan və etnik ayrı-seçkilik xarakteri daşıyan məzmunundan aydın olur.

“Öncə qeyd edək ki, 300 mini Ermənistandan olmaqla bir milyondan artıq azərbaycanlının zorla öz evlərindən qovulmasına, Ermənistanın azərbaycanlılara qarşı çoxsaylı kütləvi qətliam və digər insanlıq əleyhinə cinayətlər törətməsinə baxmayaraq, ABŞ Konqresi bir dəfə də olsun azərbaycanlılarla bağlı dinləmə keçirməyib. Bu azmış kimi, ABŞ Konqresi azərbaycanlıların Ermənistandan kütləvi qovulmaqda olduğu 1988-ci ildə anti-Azərbaycan qətnamələr qəbul edərək, faktiki olaraq Ermənistanın törətdiyi etnik təmizləməyə və insanlıq əleyhinə cinayətlərə dəstək verib. Üstəlik, 1992-ci ildə bədnam “907-ci düzəliş”i qəbul edərək, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi hərbi işğala və işğal edilmiş Azərbaycan ərazilərindən yüzminlərlə azərbaycanlının qovulmasını dəstəkləyib.

Uzun illər “yaxşı polis, pis polis” oyununu oynayan ABŞ Konqresi və hökumətinin maskası yırtılıb. ABŞ hökuməti özünün azərbaycanofob siyasətini ifadə etmək üçün daha R.Menendes kimi məxluqlara ehtiyac duymur. Dinləmədə ABŞ Dövlət Departamentinin əməkdaşı Ceyms O’Brayan Azərbaycana qarşı nifrət dolu çıxışı ilə R.Menendes, A.Şiff kimilərini geridə qoyub”, - bəyanatda deyilir.

İcmadan vurğulanır ki, yarandığı gündən, demək olar ki, fasiləsiz olaraq müharibə aparan, xarici dövlətlərin ərazi bütövlüyünə və müstəqilliyinə qarşı güc tətbiq edən, onmilyonlarla insanı qətlə yetirən bir dövlətin nümayəndəsinin Azərbaycanın özünümüdafiə hüququndan istifadə etməsini tənqid etməsi hiddət doğurur:

“Hərçənd, faydası olmasa da, cənab O’Brayana xatırlatmaq istərdik ki, BMT Nizamnaməsində qadağan olunmuş güc tətbiqi dövlətlərin ərazi bütövlüyünə qarşı olandır ki, onunla da Ermənistan və ABŞ-nin özü məşğul olur.

ABŞ tərəfi nəinki Azərbaycanın özünümüdafiə hüququ çərçivəsində həyata keçirdiyi tədbirlərə dəstək verməlidir, hətta bu tədbirlər zamanı mülkilərin zərər görməsini necə önləməsindən dərs çıxarmalıdır. Keçirdiyi hərbi əməliyyatlar zamanı günahsız insanların həyatına və mülki infrastruktura heç bir dəyər verməyən ABŞ tərəfinin bu məsələdə Azərbaycandan öyrənməli olduğu çox şey var.

Vaxtilə öz ehtiyacına görə 907-ci maddənin qüvvəsini dayandırmış ABŞ hökumətinin indi həmin bəndi yenə tətbiq etməsi vaxtilə terror hücumuna məruz qalmış ABŞ-yə çətin günlərində dayaq durmuş Azərbaycanın ictimaiyyətində bu ölkəyə inamı dərindən sarsıdıb. Baş verənlər onu göstərir ki, ABŞ qarşılıqlı hörmət və etimada əsaslanan uzunmüddətli tərəfdaşlıq aparmaq iqtidarında deyil.

O’Brayanın Azərbaycanın İran İslam Respublikası vasitəsilə Naxçıvan Muxtar Respublikasına nəqliyyat imkanlarını inkişaf etdirmək istiqamətində səyləri ilə bağlı şərh verməsi Azərbaycanın suverenliyinə və daxili işlərinə qarışmaqdır.

907-ci maddənin tətbiqi, siyasi dialoq və əməkdaşlığın məhdudlaşması ilə Azərbaycanın mövqeyinə təsir etməyə çalışan ABŞ hökuməti bilməlidir ki, səlibçi yanaşmadan, qərəz və hikkədən irəli gələrək, düşünülməmiş addımlar atması ilk növbədə ABŞ-nin özünə ziyandır”.

“Bütün bunlar sübut edir ki, sülhü təşviq etmək adı altında regionda öz mənfur planlarını həyata keçirməyə çalışan ABŞ, əslində, sülhün əldə edilməsinə qarşı çıxır.

ABŞ hökuməti regionda cərəyan edənlərdən düzgün nəticə çıxarmalı, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə meydana çıxan unikal sülh imkanının reallaşmasına mane olmamalıdır.

Biz ABŞ hökumətini etnik qərəzinə son verməyə, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıtmaq hüququna hörmət etməyə çağırırıq”, - deyə bəyanatda qeyd edilir.