QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Fransanın Aİ-dən çıxarılmasını tələb etdilər
“Fransa öz suverenliyini qorumaq üçün Avropa İttifaqından (Aİ) çıxmalıdır”.
Bunu Fransanın “Patriotlar” Partiyasının lideri Florian Filippo öz “X” sosial şəbəkə hesabında yazıb.
“Avropa Parlamenti Aİ-ni bir dövlətə çevirməyə çalışır ki, bu da Fransa və digər ölkələrin suverenliyinin aradan qaldırılmasına gətirib çıxaracaq. Aİ-dən çıxmaq Fransaya bu korrupsioner və tiran quruluşdan qurtulmağa imkan verəcək”, - deyə o, qeyd edib.
Onun sözlərinə görə, bu, ümid doğuran yeganə qurtuluş yoludur.
Filippo həmçinin qeyd edib ki, Belçikalı deputat Qi Verhofstadtın Avropa Parlamenti tərəfindən təsdiq edilmiş hesabatında Avropa Komissiyasının (AK) Aİ hökumətinə çevrilməsi və milli dövlətlər üçün veto hüququnun tam ləğvi nəzərdə tutulur.
Bundan əlavə, siyasətçi Aİ-nin operativ komandanlığı altında çevik reaksiya qüvvələrinin daxil olacağı hərbi struktur yaratmaq niyyətini pisləyib. Onun fikrincə, layihə vəziyyəti yalnız mənfiyə doğru dəyişə bilər.
Mənbə: lenta.ru























































