Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
“Neftçi”nin futbolçusu: “Həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik”
“Düşünürəm ki, həftəsonu daha yaxşı oyun nümayiş etdirəcəyik”.
Bunu “Neftçi”nin futbolçusu Ervin Koffi “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XIV tur oyunundan əvvəl klubun rəsmi televiziyasına açıqlamasında deyib.
28 yaşlı müdafiəçi fasilə dönəmində yaxşı hazırlıq keçdiklərini bildirib:
“Bəzi oyunçularımız milli komandalarında olduğu üçün bizimlə deyildi. Yoldaşlıq matçında “Zenit”ə qalib gəldik. Bu, kollektivə çox yaxşı təsir edəcək. Uzun müddət doğma meydanda qələbə əldə edə bilmirdik. Ümid edirəm ki, bunun davamını gətirəcəyik”.
Fransalı oyunçu azarkeşlərə də müraciət edib:
“Son nəticələrin pis olmasına baxmayaraq, fanatların dəstəyinə ehtiyacımız var. 11 nəfərlə meydanda işimizi görməyə çalışacağıq. Onlar da bizim 12-ci futbolçumuz olmalıdırlar”.
Qeyd edək ki, noyabrın 26-da reallaşacaq “Neftçi” - “Araz-Naxçıvan” görüşü saat 15:30-da start götürəcək.























































