Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

28 Kas 07:30Manşet / Dünya

İsveçin baş naziri ölkədəki məscidlərin sökülməsi çağırışına cavab verib

 

“İsveçdə dini binalar sökülmür”.

Bunu İsveçin Baş naziri Ulf Kristersson sağçı İsveç Demokratlar Partiyasının lideri Cimmi Okessonun ölkədəki bəzi məscidlərin sökülməsinə ehtiyac olduğunu bildirən bəyanatına cavab olaraq deyib.

Okesson məscidləri “radikallaşma ocaqları” hesab etdiyini bildirib və  bu binaların “müsadirə olunmasına və sökülməsinə” başlamaq lazım olduğunu bəyan edib. Onun iddiasına görə, bu məscidlərdə guya İsveç əleyhinə təbliğat aparılır.

Kristersson isə qeyd edib ki, sağçıların nümayəndəsinin bəyanatı İsveçin beynəlxalq səhnədə necə olduğu barədə yanlış təsəvvür yaradır.

Baş nazir bu cür bəyanatlar verənləri özlərinə gəlməyə çağırıb. O, ölkənin təhlükəli dövrdə yaşadığını vurğulayıb.

Mənbə: Oxu.az