Menu
Xəbər Lenti
Bakıda ev yanıb
Dün, 09:30

Bakıda ev yanıb

Növbəti qələbəmiz
26-04-2024, 19:38

Növbəti qələbəmiz

“Qaynarinfo” 17 yaşında
25-04-2024, 11:41

“Qaynarinfo” 17 yaşında

BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:42

BÖYÜK ƏQİDƏ UĞRUNDA

26 Ara 14:52Mədəniyyət

Almaxanım Əhmədli sənət dostları ilə İsveçdə konsert verib

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İsveçin Malmö şəhərində fəaliyyət göstərən Vahid Azərbaycan dərnəyi tərəfindən bayram tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, İsveçdə yaşayan həmvətənlərimizdən alınmış məlumata əsasən tədbirin təşkilatçısı İsveçdəki Azərbaycan səfirliyi və Vahid Azərbaycan Dərnəyinin rəhbəri Aya Coşğun olub. Tədbirdə İsveçdə, Danimarkada, digər Avropa ölkələrində yaşayan soydaşlarımız, İsveçin müxtəlif şəhərlərindən gələn qonaqlar, eləcə də səfirlik əməkdaşlarımız iştirak edib.

Ölkəmizin İsveçdəki səfirliyinin əməkdaşları, Azərbaycan və türk diasporlarının, habelə yerli ictimaiyyət və KİV nümayəndələrinin iştirak etdiyi mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edən Aya Coşğun Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə həmyerlilərimizə təbriklərini çatdırıb. Aya xanım bu bayramın tarixinə nəzər salaraq, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün elan olunması haqqında qərarın Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul edildiyini bildirib.

Bu bayramın xaricdə yaşayan soydaşlarımızla əlaqə qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq baxımından önəmli olduğunu vurğulayan Malmödəki Vahid Azərbaycan Dərnəyinin rəhbəri qeyd edib ki, bu məqsədə nail olmaq üçün yaşadığı ölkədən asılı olmayaraq, hər bir azərbaycanlı birgə amal uğrunda işləməlidir.

Beynəlxalq Muğam Mərkəzinin solisti, Qran-pri mükafatçısı Almaxanım Əhmədli və xanəndə Abgül Mirzəliyev muğam, təsnif, bəstəkar və xalq mahnılarından ibarət musiqi çələngi ilə tədbirdə çıxış ediblər. Gənc sənətçilərin ifası tədbir iştirakçıları tərəfindən hərarətlə qarşılanıb. Müğənniləri tarda Məsim İslamov, kamançada Elvin Novruzov, sintezatorda Vasif Məmmədov, nağarada Xəlqani Hüseynov müşayiət ediblər.