Xəbər Lenti
Bugün, 12:05
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
Bugün, 09:35
Ermənistanın silahlandırılmasındakı əsas məqsəd: Bu dəfə baş rolda Vaşinqtondur - TƏHLİL
26-04-2024, 13:41
Botanika İnstitutunun alimləri Şərqi Zəngəzur icmalarına biomüxtəlifliyi tanıtmaq üçün dəyirmi masa keçirib
26-04-2024, 10:22
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
26-04-2024, 10:10
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
26-04-2024, 08:59
Azərbaycanı Mərkəzi Asiya ilə çoxəsrlik əməkdaşlıq, dostluq, qarşılıqlı fəaliyyət bağları birləşdirir
25-04-2024, 12:01
Cəlil Xəlilov: “Bu, Prezidentimizin Ermənistan və onu silahlandıran dövlətlərə növbəti xəbərdarlığıdır”
31 Ara 06:41Siyasət
Niderlandda yaşayan azərbaycanlılar Həmrəylik Gününü qeyd ediblər
Niderland Krallığındakı Azərbaycan səfirliyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Niderlandda fəaliyyət göstərən “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyası, Benilüks Azərbaycanlıları Konqresi, Azərbaycan-Niderland Həmrəylik Cəmiyyəti, Holland Azərbaycan-Türk Mədəniyyət Dərnəyi, Şimali Hollandiya Azərbaycanlıları İttifaqı kimi assosiasiyaların rəhbərləri və nümayəndələri iştirak ediblər.
Səfir Rəhman Mustafayev tədbir iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edərək, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş bu günün tarixi əhəmiyyətindən söz açıb, Dünya Azərbaycanlılarının həmrəyliyinin və birliyinin vacib olduğunu bildirib. Vurğulayıb ki, iki il əvvəl torpaqlarımızın işğaldan azad olunması Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında məhz bu milli birlik və vəhdətin nəticəsində mümkün oldu. R.Mustafayev dünyada yaşayan soydaşlarımızın müstəqil və azad Azərbaycan ətrafında daha sıx birləşməsinin zəruriliyini qeyd edib.
Səfir 2022-ci ildə Azərbaycan naminə apardıqları fəal işə görə Niderlandda fəaliyyət göstərən icma təşkilatlarına təşəkkürünü bildirib. Hazırda dəyişən dünyanın yeni çağırışlarına uyğun olaraq, xarici ölkələrdə yaşayan soydaşlarımızın aktiv olması zərurətini, bu işdə gənclərin rolunu xüsusilə vurğulayıb. Həmçinin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında icma üzvlərimizin fəaliyyətlərini gücləndirməli olduqlarını qeyd edib. R.Mustafayev səfirliyin soydaşlarımıza həmişə dəstək olacağını diqqətə çatdırıb.
Sonra Haarlem şəhərində fəaliyyət göstərən “Körpə Fidanlar” uşaq musiqili teatr qrupunun üzvü Azərbaycana həsr olunmuş şeir səsləndirib. Tədbir iştirakçıları Azərbaycan mətbəxinə qonaq ediliblər.