Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

01 Ara 07:17Manşet / Dünya

İsrail və HƏMAS humanitar atəşkəsin uzadılması barədə razılığa gəliblər

 

İsrail və Fələstinin HƏMAS radikal hərəkatı humanitar atəşkəsi səkkizinci gün uzatmağa razılaşıblar.

Atəşkəs çərçivəsində HƏMAS-ın Qəzza zolağında saxladığı daha 10 girov azad ediləcək. Onların əksəriyyəti qadın və uşaqlardır.

İsrail girovları azad edən kimi anklavda hərbi kampaniyanı bərpa və HƏMAS məhv olunana qədər davam etdirəcək.

Qeyd edək ki, noyabrın 22-də HƏMAS Misir və Qətərin vasitəçiliyi ilə İsraillə Qəzza zolağında noyabrın 24-də qüvvəyə minən dördgünlük humanitar atəşkəs haqqında razılığa gəldiyini açıqlayıb. Razılaşmalar İsrail həbsxanalarından yeniyetmələrin (həmçinin 19 yaşdan kiçik) və qadınların azad edilməsi müqabilində anklavda saxlanılan uşaqların, yeniyetmələrin (19 yaşdan aşağı) və qadınların azad edilməsini nəzərdə tuturdu.

Mənbə: Oxu.az