Menu
Xəbər Lenti
Bu gün Aşuradır
Dün, 08:59

Bu gün Aşuradır

Neftimiz bahalaşdı
3-07-2025, 08:59

Neftimiz bahalaşdı

Azərbaycan polisi and içir
2-07-2025, 13:01

Azərbaycan polisi and içir

07 Ara 10:30Manşet / Gündəm / Siyasət

Rusiyada prezident seçkisi üç gün davam edə bilər - YENİLƏNİB

 

Rusiyada 2024-cü ilin martına təyin edilən prezident seçkisi üç gün davam edə bilər.

Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) rəhbəri Ella Pamfilova Federasiya Şurasının iclasında məlumat verib.

Onun sözlərinə görə, seçki martın 15, 16 və 17-də keçirilə bilər. MSK müvafiq qərar layihəsinə dekabrın 8-də baxacaq.

Pamfilova qeyd edib ki, üç günlük səsvermə tələbi Rusiya vətəndaşlarından gəlib.

11:32

Rusiyada prezident seçkisinin keçiriləcəyi tarix məlum olub.

Bununla əlaqədar Rusiya Federal Məclisinin Federasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, Rusiyada növbəti prezident seçkisi gələn il martın 17-də keçiriləcək.

“Mahiyyətcə bu qərar artıq seçki kampaniyasına start verilməsi deməkdir”, - Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko iclasda bəyan edib.

Mənbə: RİA Novosti