Menu
Xəbər Lenti
Papanı Ağ Evə dəvət etdi
20-05-2025, 06:34

Papanı Ağ Evə dəvət etdi

Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

09 Ara 14:50Manşet / Cəmiyyət

DYP sürücülərə müraciət etdi: “Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir”

 

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) sürücüləri piyadalara qarşı nəzakətli olmağa çağırıb.

Bu barədə məlumatı Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) yayıb.

Məlumatda bildirilir ki, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir.

“Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə, əksinə, daha da artıraraq, onların üst-başlarını batırırlar. Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir.

Eyni zamanda, piyadalardan da xahiş olunur ki, sutkanın qaranlıq vaxtında yola çıxarkən imkan daxilində əlvan, xüsusilə də işıqqaytarıcı elementləri olan geyimlərdən istifadə etsinlər. Çünki gecə vaxtı işıqlandırılmayan yol sahələrində qara geyimli piyadanı sürücü görmür, nəticədə isə yol-nəqliyyat hadisəsinin baş verməsi qaçılmaz olur”.