Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

17 Ara 15:24Manşet / Gündəm / Siyasət

Prezident seçkiləri ilə bağlı YAP-ın yerli qərargahları yaradılıb, tərkibi təsdiqlənib

 

Dekabrın 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Seçki Qərargahının ilk iclası keçirilib.

“Report” xəbər verir ki, iclasda 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində İlham Heydər oğlu Əliyevin namizədliyinin təsdiq edilməsi üçün tələb olunan sənədlərin Azərbaycan Respublikası Seçki Məcəlləsinin 54.5 maddəsinə əsasən 2023-cü il dekabrın 16-da Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi, Yeni Azərbaycan Partiyasının Tədbirlər Planında əks olunan digər əsas hərəkət və tədbirlərin də müəyyən olunmuş müddətlərdə icrasının zəruriliyi qeyd olunub.

Müzakirələrdən sonra yerli qərargahların yaradılması haqqında qərar qəbul edilib və hər bir inzibati ərazi vahidi üzrə YAP yerli seçki qərargahlarının tərkibi təsdiqlənib.

Bizimlə əlaqə saxlayın