Xəbər Lenti
25-05-2026, 09:24
Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
24-05-2026, 15:41
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
24-05-2026, 14:07
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
24-05-2026, 10:31
İspaniyada polislə “Sumud flotiliyası”nın fəalları arasında toqquşma - Saxlanılanlar var
Bakıda sərnişin taksi sürücüsünü bıçaqlayıb
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Zığ qəsəbəsində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Böyükxanlı Samir Maqsud oğlu idarə etdiyi avtomobili ilə sərnişini ünvana apararkən yolda onlar arasında mübahisə düşüb.
Hələlik ad və soyadı məlum olmayan 17 yaşlı müştəri taksi sürücüsünə bıçaq zərbələri vurub.
Yaralı yoldan keçən digər sürücülərin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.
Faktı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları araşdırırlar.






















































