Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Bu gün “Qarabağ” “Neftçi”ni qəbul edəcək
Bu gün Azərbaycan Premyer Liqasının 17-ci turuna yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, turun mərkəzi qarşılaşması Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq: saat 20:00-da “Qarabağ” “Neftçi”ni qəbul edəcək.
Bu, iki komanda arasında ölkə çempionatları çərçivəsində 93-cü qarşılaşma olacaq. Əvvəlki 92 matçda “köhlən atlar” böyük üstünlüyə malikdirlər. 38 qələbəsi olan Ağdam təmsilçisi 31 dəfə heç-heçə edib. 23 görüşdən xalsız ayrılmış “Qarabağ” top fərqində də öndədir - 118-83. Eyni zamanda, “Qarabağ” doqquz oyundur əzəli rəqibinə uduzmur. Bununla belə, “Neftçi” bu mövsüm çempionatda ən az qol buraxan komandalardan biridir. “Ağ-qaralar”ın passivində cəmi 15 qol var ki, bu da ən yaxşı üçüncü göstəricidir.
“Qarabağ” 35 xalla turnir cədvəlində birincidir, “Neftçi” isə ondan on xal az toplayaraq beşinci pillədə qərarlaşıb.























































