Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

05 Ock 10:05Manşet / Gündəm

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi XI Qlobal Bakı Forumunu keçirəcək

 

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) XI Qlobal Bakı Forumunu keçirəcək.

“Trend” xəbər verir ki, tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırkı dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edəcəklər.

Forumun 14-16 mart 2024-cü il tarixlərində keçiriləcəyi planlaşdırılır.

Xatırladaq ki, 2023-cü ilin mart ayında keçirilən əvvəlki Qlobal Bakı Forumunda bir çox ölkələr və görkəmli beynəlxalq təşkilatlar təmsil olunublar.

Tədbirdə dörd prezident, iki baş nazir, altı spiker və nazir, BMT sisteminə daxil olan beş təşkilatın rəhbərləri, 25 keçmiş prezident, 21 keçmiş baş nazir və 23 ölkənin xarici işlər nazirlərinin müavinləri iştirak ediblər. Forum 61 ölkədən 360 nümayəndənin iştirakı ilə yadda qalıb.

 

Bizimlə əlaqə saxlayın