Bakı dünya miqyasında mühüm məsələlərin həlli üçün aparıcı dialoq mərkəzinə çevrilir
HƏP İdarə Heyətinin iclasında Prezident İlham Əliyevin siyasi kursunun uğurları geniş müzakirə edildi
23 may 2026-ci il tarixində "Unikal Xaricdə Təhsil və Hüquqi Konsaltinq Agentliyi"nin təşkilatçılığı ilə “Unikal Xaricdə Təhsil Forumu - 2026” keçirildi.
Eyvandan yıxılan yeniyetməyə köməyə gəlməyən təcili yardım əməkdaşı ilə bağlı qərar verildi
Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan yeniyetməyə yardıma gəlməyən təcili tibbi yardım əməkdaşı işdən çıxarılıb.
Bu barədə Bakupost.az-a Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev bildirib.
Onun sözlərinə görə, yayılan məlumatlardan sonra dərhal araşdırma aparılıb:
“Biz məsələni hərtərəfli araşdırdıq. Həmin tibb işçisinin üzərinə düşən vəzifəni yerinə yetirmədiyi təsdiqləndi. Ona görə də o, işdən uzaqlaşdırıldı”.
Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb.
TƏBİB isə Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi.
Eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.






















































