Xəbər Lenti
18-08-2025, 14:42
Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
16-08-2025, 10:15
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
Nazir: “ASAN xidmət” “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb”
“Azərbaycanın innovativ brendi “ASAN xidmət” qlobal startap xəritəsini formalaşdıran mötəbər beynəlxalq təşkilat “StartupBlink” tərəfindən innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə “Qafqazda ən yaxşı startap nəticələri” mükafatına layiq görülüb”.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Qlobal reytinqə görə, 2023-cü ildə ölkəmiz bu sahədə ən uğurlu 100 ölkə siyahısında 84-cü yerdə qərarlaşıb. “ASAN xidmət” heyətinə təbriklərimizi çatdırır və biznes mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkürümüzü bildiririk”, - deyə nazir qeyd edib.