Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Şahbaz Şərif: Pakistanla Azərbaycan arasında ticarət və investisiyaları inkişaf etdirmək barədə razılığa gəldik
Şərqin və Qərbin körpüsü: Azərbaycanın diplomatik tarazlıq strategiyası və sülhə baxış
Baş nazirdən QƏRAR: Bəzi idmançı və məşqçilərə xüsusi təqaüd veriləcək
Olimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd verilməsi qaydalarına dəyişiklik edilib.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara və onların məşqçilərinə xüsusi təqaüd veriləcək.
Təqaüd Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmək hüququ qazanmış idmançılara, onların məşqçilərinə, milli yığma komandanın baş məşqçisinə və məşqçilərinə yalnız nağdsız qaydada ödəniləcək.
Olimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 2 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 1,5 misli məbləğində təqaüd ödəniləcək. İndiyə qədər hər ay hər bir idmançıya 200 manat, onun məşqçisinə 160 manat, baş məşqçi və komandanın məşqçisinin hər birinə 100 manat məbləğində təqaüd ödənilirdi.
Paralimpiya Oyunları üzrə: hər ay hər bir idmançıya minimum əməkhaqqının 1 misli məbləğində, onun məşqçisinə, milli yığma komandanın baş məşqçisinə minimum əməkhaqqının 0,5 misli məbləğində təqaüd ödəniləcək.