Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Məktəblilərin fiziki və strateji bacarıqlarını inkişaf etdirən layihə həyata keçirilib.
İlham Əliyev Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı
Qusar rayonunun Avaran kəndində içməli su təchizatı layihəsinin ikinci mərhələsinin açılış mərasimi keçirilib
XTQ-nin baş giziri, tarıx yazan qəhrəman, kəşfiyyatçı, Şərafəddin ( kod adı Xanış) Xankişiyevin döyüş gündəliyindən...
Məftun Abbasov: “Metro 20 Yanvar gecəsi təcili yardım rolu oynadı”
“Metro həmin gün təcili yardım rolu oynadı”.
Bu sözləri Oxu.Az-a açıqlamasında metropoliten işçisi, şahid Məftun Abbasov 20 Yanvar ilə bağlı xatirələrindən danışarkən deyib.
Hadisə şahidi qeyd edib ki, metro fəaliyyətini dayandırsaydı, qat-qat çox itki olardı:
“Həmin illər tələbə idim. Çalışırdım da. Növbətçi idim. Həmin gecə xəbər gəldi ki, vəziyyət gərgindir. Minik və təcili yardım maşınlarını vurmuşdular. Sonra biz olduğumuz istiqamətə işıqlı güllələrlə atəş açdılar. Tanklar maşınları itələyə-itələyə hərəkət edirdilər.
Metro səhərə qədər işlədi. İnsanlara mənəvi dəstək olduq, yönləndirdik. Metro işləməsəydi, faciənin miqyası qat-qat böyük olardı. Metro itkilərin qarşısını müəyyən qədər aldı, bir növ təcili yardım rolunu oynadı. 20 Yanvar şəhidlərinin sayəsində bu gün ayaqdayıq. Hər birinin əziz xatirəsi qarşısında baş əyirik”.























































