Xəbər Lenti
Dün, 05:09
Prezident İlham Əliyev Davosda "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə iştirak edib
19-01-2026, 17:40
Vəhdət Partiyasından növbəti ictimai müzakirə: 20 Yanvar şəhid ailələri və gözüyaşlı anaları ilə geniş görüş
19-01-2026, 16:22
“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 20 Yanvar – Milli yaddaşın sarsılmaz sütunu
19-01-2026, 07:46
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi qaydaları təsdiqlənib
19 Ock 15:46Mədəniyyət
Yeni sənədli film – “Növbəti stansiya 20 Yanvar”
Azərbaycan Televiziya və Radio Verilişləri” QSC 20 Yanvar faciəsinə həsr edilmiş “Növbəti stansiya 20 Yanvar” adlı film hazırlayıb.
QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən AZƏRTAC-a bildirilib ki, “Kinoproqramlar redaksiyası”nın çəkdiyi sənədli film 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram olaraq ərsəyə gətirilib.
Sənədli filmdə “Bakı Metropoliteni” QSC-nin əməkdaşları çəkilib. Belə ki, 1990-cı ildə yanvar ayının 19-dan 20-nə keçən gecə metro işçiləri şahidi olduqları hadisələri yenidən xatırlayıblar, filmdə səsləndiriblər.
Filmin quruluşçu rejissoru Vasif Məmmədzadə, quruluşçu operatoru Nicat Nağızadə, ssenari müəllifi Afaq Əhmədova, layihənin rəhbəri isə Elnur Məmmədovdur.
Filmin çəkilişlərinin əksəriyyəti “20 Yanvar” metrostansiyasında aparılıb.
Ekran əsəri yanvarın 20-si saat 22:20-də AzTV-də yayımlanacaq.