Menu
Xəbər Lenti
24 Ock 09:02Manşet / Cəmiyyət

Bir yaşlı körpə qaynar suda yanıb: Müalicə üçün dəstəyə ehtiyacı var - FOTO

 

2022-ci il təvəllüdlü Zeytulla Hüccət oğlu Nuriyev bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Bu barədə Oxu.Az-a onun anası Aygün Əlizadə məlumat verib.

O bildirib ki, hadisə ehtiyatsızlıqdan baş verib:

“Evdə stolun üzərində içi qaynar su ilə dolu elektrikli çaydan var idi. Yeddi aylıq oğlum onun kabelindən dartıb. Çaydanda olan su üzərinə tökülüb. Biz Lənkəranda yaşayırıq. Oğlumu təcili yardım maşını ilə Bakıdakı xəstəxanaya gətirdik. Evdə Zeytulladan əlavə, dörd uşağım da var. Onlardan biri serebral iflicdən əziyyət çəkir. Onun müalicələrini çətinliklə qarşılayırdıq. İndi isə körpəmin yanması vəziyyətimizi daha da pisləşdirdi. Övladım bir müddət xəstəxanada qalsa da, imkanımız çatmadığı üçün yenidən evimizə qayıtmalı olduq. Onun müalicələrini davam etdirmək üçün hazırda 600 manata ehtiyacımız var. İmkanlı şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Əlaqə nömrəsi: (051) 506 91 02 (Aygün xanım).

Uni Bank: 5243 7544 4272 1815.