Menu
Xəbər Lenti
Faktiki hava açıqlandı
19-04-2026, 10:44

Faktiki hava açıqlandı

Ceyhun Bayramov Taylanda getdi
19-04-2026, 10:29

Ceyhun Bayramov Taylanda getdi

Bu gün imtahan var
19-04-2026, 10:26

Bu gün imtahan var

Meloni Azərbaycana gələcək
19-04-2026, 10:22

Meloni Azərbaycana gələcək

SEPAH Hörmüzü bağladı
19-04-2026, 10:16

SEPAH Hörmüzü bağladı

30 Ock 11:03Manşet / Gündəm

ƏMDX-nin rəisi: “Qarabağda torpaq sahəsinin ayrılması ilə bağlı 372 müraciətə müsbət rəy verilib”

 

“İşğaldan azad olunmuş ərazilərdə torpaq sahələrinin icarəyə verilməsinə razılıq bildirilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi tərəfindən daxil olmuş 470,40 hektar torpaq sahəsi üzrə 6 müraciətə razılıq verilib”.

APA xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) rəisi Mətin Eynullayev deyib.

O bildirib ki, burada ümumilikdə indiyədək iki min hektara yaxın torpaq sahəsi üzrə 19 müraciətə razılıq verilib.

“Torpaq sahələrinin ayrılmasına rəy bildirilməsi ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olan 4959 hektar torpaq sahəsi üzrə 134 müraciətə müsbət rəy verilib. Ümumilikdə, 11 min hektara yaxın torpaq sahəsi üzrə 372 müraciətə müsbət rəy verilib”, - ƏMDX-nin rəisi əlavə edib.