Menu
Xəbər Lenti
Rəhbərlik yerində olanda
19-05-2025, 09:02

Rəhbərlik yerində olanda

Türkiyədə zəlzələ oldu
18-05-2025, 09:57

Türkiyədə zəlzələ oldu

HAMAS lideri öldürüldü
18-05-2025, 09:56

HAMAS lideri öldürüldü

Ərdoğan da Albaniyaya gedir
16-05-2025, 06:48

Ərdoğan da Albaniyaya gedir

30 Ock 16:53Manşet / Gündəm / Dünya

Alimlərdən açıqlama: Yerdə heyvanlar kütləvi məhv olacaqmış, təhlükə hələ də sovuşmayıb

 

Günəşdə yanvarın 29-da baş verən partlayış beş-altı gün əvvəl baş versəydi, planetimiz ən azı 1859-cu ildəki “Super Günəş fırtınası”nın analoqunu, ən çoxu isə heyvanlar aləminin bir hissəsinin yeni kütləvi məhvi və bəşər sivilizasiyaları tarixində ən güclü geomaqnit qasırğası ilə üzləşərdi.

Lakin partlayış və tac kütləsinin irimiqyaslı atılması bir həftədən artıqdır ki, Yerlə üzbəüz olan Günəş ləkəsinin sağa doğru (şəkildə) irəliləməsindən sonra baş verib.

Buna görə də NASA-nın hesablamalarına görə, şüalanmanın əsas trayektoriyası Yerin yaxınlığından keçir.

Bununla belə, bu, planetimizdə hiss olunacaq. Məlumatlara görə, Yer kürəsində artıq radiasiya qasırğası başlayıb. Radiasiya gücü beşballıq şkala ilə S2 dəyərinə yüksəlib. Bu, bütün planetdə radio rabitəsində, qütbətrafı enliklərdə isə naviqasiyada əhəmiyyətli problemlərə səbəb olub.

Geomaqnit qasırğasının Yerə gəlişi bu gün Bakı vaxtı ilə saat 22:00-da baş verəcək və yanvarın 31-i saat 16:00-a qədər davam edəcək. Bildirilir ki, gücü 9 ballıq şkala üzrə 7-8-ə qədər olan geomaqnit qasırğası gözlənilir.

Mənbə: “Svejesti” “Telegram” kanalı