“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Yəmənə yeni hökumət başçısı təyin edilib
Yəmən Prezidentinin İdarə Heyətinin sədri Rəşad Məhəmməd əl-Alimi xarici işlər naziri Əhməd Avad bin Mübarəki respublikanın yeni hökumət başçısı təyin edib.
Müvafiq sərəncam Prezident Şurasının saytında dərc olunub.
Xatırladaq ki, 2014-cü ilin avqustundan Yəməndə hökumət qüvvələri ilə üsyançı “Ənsar Allah” (husi) hərəkatının tərəfdarları arasında qarşıdurma davam edir. O ən aktiv fazasına 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın münaqişəyə qoşulması ilə daxil olub. Yəməndəki vətəndaş müharibəsi misli görünməmiş humanitar fəlakətlə nəticələnib.
BMT-nin məlumatına görə, 24 milyondan çox yəmənlinin (ölkə əhalisinin təqribən 80%-i) humanitar yardıma ehtiyacı var, məcburi köçkünlərin sayı isə 4 milyonu ötüb.
Mənbə: TASS



















































