Menu
Xəbər Lenti
Bu gün imtahan var
Bugün, 09:18

Bu gün imtahan var

FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

06 Şub 07:26Manşet / Gündəm / Dünya

Bayden 30 il əvvəl vəfat edən prezidentlə bu yaxınlarda baş tutan görüşündən danışdı

 

ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Fransa prezidenti Fransua Mitteranla (1996-cı ildə vəfat edib) danışdığını bildirib.

“Mən oturdum və dedim ki, Amerika qayıtdı. Almaniyadan olan Mitteran - Fransadan nəzərdə tuturdum - mənə baxıb soruşdu: “Yaxşı, o, nə qədər vaxtdır qayıdıb?” - deyə ABŞ rəhbəri Las-Veqasda seçicilərlə görüşündə deyib.

Jurnalistlər ehtimal ediblər ki, Bayden Böyük Britaniyada keçirilən G7 sammiti çərçivəsində Fransanın hazırkı rəhbəri Emmanuel Makronla görüşünü nəzərdə tutub.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden əvvəllər də qəribə hərəkətləri ilə gündəm olub. Belə ki, Şimali Karolinada keçirilən tədbirdə Ağ Ev rəhbəri əvvəl görünməz birinin əlini sıxıb, sonra orada olmayan konqresmenlə “şəkil çəkdirib”.

Mənbə: Fox News