“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
Məmməd Abbasbəyli: “Azərbaycanda qlobal texnologiya şirkətləri rəqabət pozuntularına yol verirlər”
“Son bir neçə ildə Azərbaycanda qlobal iri texnologiya şirkətləri tərəfindən rəqabət pozuntularına yol verildiyi müşahidə olunur”.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) regional mərkəzinə müsahibəsində deyib.
“Nisbətən kiçik bazarların da öz mürəkkəbliyi var, çünki qlobal şirkətlərin bizim qaydalara uyğunluğuna nail olmaq bəzən problemə çevrilir. Təəssüf ki, həmin şirkətlərlə əlaqə qurmaq və onları əməkdaşlığa dəvət etmək öz müsbət nəticəsini verməyib”, - M. Abbasbəyli bildirib.
Onun sözlərinə görə, Dövlət Xidmətinin effektiv planlaşdırma və resurs bölgüsünə sadiqliyi potensial maneələrin yumşaldılmasında əsas strategiya olaraq qalır.
“1993-cü ildən yığılan təcrübə rəqabətin tənzimlənməsində bizə kömək etdi. Bazarda rəqabətə təsir edən maneələri diqqətlə müəyyənləşdirilməsi ədalətli rəqabəti təmin etmək üçün daha dəqiq tədbirlər görməyə imkan verir. Çünki, məhdud büdcənin hər hansı bir qurumun fasiləsiz fəaliyyətində maneə olduğundan, bu məsələ Dövlət Xidmətinin əsas narahat edən sahələrdən hesab olunur. Rəqabətlə bağlı məlumatlılığı artdıqca, iş yükümüz mütənasib olaraq artır və əlavə resurslar tələb edir”, - M. Abbasbəyli vurğulayıb.



















































