Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
Xırdalanda 1 saylı orta məktəbdə nə baş verir? — Məktəb direktoru pul yığımına başlayıb
Politoloq Ermənistanın KTMT ilə bağlı qərarı barədə DANIŞDI: “Bu, xəyanətdir”
“Ermənistan rəhbərliyi KTMT-də iştirakını dondurmaqla Rusiyaya qarşı xəyanətkarlıq edib”.
Bu fikri politoloq Sergey Markov “Telegram” kanalında paylaşıb.
Onun sözlərinə görə, indi Azərbaycan Moskvanın Cənubi Qafqazda əsas dostuna çevrilir.
Markov hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron aralarındakı danışıqlardan sonra Rusiyanı Cənubi Qafqazdan çıxarmaq və orada Fransa hərbi bazalarını yaratmaq üçün plan hazırlayıblar.
Dövlət Dumasının deputatı Viktor Sobolyev də oxşar fikirdədir. O bildirib ki, Paşinyan İrəvanın KTMT-də iştirakını dondurmaqla həm ölkəsinə, həm də Rusiyaya xəyanət edib. Parlamentari qeyd edib ki, Paşinyan Qarabağ hadisələrinin məsuliyyətini Rusiyanın üzərinə atmağa çalışır.
Qeyd edək ki, bundan əvvəl Nikol Paşinyan Ermənistanın KTMT-də iştirakının hazırda dondurulduğunu bəyan edib. Eyni zamanda, Ermənistanda Rusiyanın hərbi bazasının saxlanması məsələsinin də gündəmdə olmadığını deyib. Hökumət başçısı xatırladıb ki, 1991-ci il Alma-Ata Bəyannaməsi onu imzalayan bütün keçmiş SSRİ respublikalarına, o cümlədən bir-birinin sərhədlərini tanıyan Rusiya və Ukraynaya şamil edilir.























































