Hamiləliyə, üç yaşına qədər uşağa qulluğa görə və digər ödənişlər yeni qaydada hesablanacaq
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
VK sədri: "Vəkil adından qanunsuz istifadə hallarına qarşı mübarizə gücləndirilib"
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Ersin Tatar: “Qarabağ zəfərindən sonra Azərbaycanın daha güclü olması bizi çox sevindirir”
“Şimali Kipr Türk Cümhurriyyəti kommunikasiya texnologiyaları dövründə Azərbaycanla əlaqələrini daha yüksək səviyyəyə çatdırmaq istəyir”.
Bunu ”Report”a III Antalya Diplomatik Forumunda (ADF-2024) iştrirak edən Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar bildirib.
O deyib ki, əlaqələr bütün istiqamətlərdə genişləndirilməli və gücləndirilməlidir:
“Türkiyənin Azərbaycanla olan sarsılmaz birliyi, Qarabağ zəfərindən sonra Azərbaycanın daha güclü olması bizi çox sevindirir. Biz mübariz Azərbaycan xalqını təqdir edirik. Cənab İlham Əliyev də hər zaman türk dünyasına böyük önəm verdiyini deyir. Türk dövlətlərinin bütün sahələrdə əlaqələrini genişləndirməsi gələcəkdə daha güclü olmağımızın mesajını verir. Unutmamalıyıq ki, türk xalqları bütün dəyərləri ilə eyni ailənin ayrılmaz hissəsidirlər”.
Ersin Tatar iyul ayında Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi zirvə görüşü ilə əlaqədar Azərbaycana səfər edəcəyini də vurğulayıb.























































