Saraydan sonrakı həyat: Harri və Meqan xərcləri azaltmaq üçün əməkdaşları işdən çıxarırlar
Vətən müharibəsindən sağ qayıtsa da, bir iynənin qurbanı oldu - Sübhanın ölümündə günahkar kimdir?
Paşinyan keşişlərə qarşı hərəkatı öz üzərinə götürdü: "Kilsə əxlaqsız qrup tərəfindən ələ keçirilib"
Füzuli Rayon İcra Hakimiyyəti sosial şəbəkələrdə “troll”arından istifadə edir? FAKT/FOTO
Qobustanda 24 yaşlı gəlinini öldürməkdə şübhəli bilinən şəxs MÜƏLLİM İMİŞ - ŞOK TƏFƏRRÜAT
Prezident İlham Əliyev Pakistan Milli Assambleyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Pakistan Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Şəhid Milli Qəhrəmanın ailəsinə qarşı ədalətsizlik iddiası: Füzuli RİH və “Azərşəkər” MMC nümayəndəsi torpaq sahəsini necə mənimsəyib?
İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi vətəndaşlar tərəfindən çox yüksək qiymətləndirilir
Azərbaycanla Əlcəzair arasında əlaqələrin dərinləşdirilməsi üçün fikir mübadiləsi aparılıb
Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf Prezident Əbdülməcid Tebbunun adından Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov ilə görüşüb.
Bu barədə Əlcəzairin Xarici İşlər və Xaricdəki Milli İcma Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, görüşdə iki ölkə arasında münasibətlərin dinamikası yüksək qiymətləndirilib. Eyni zamanda, dinamik şəkildə inkişaf edən ikitərəfli əlaqələrin gələcəkdə daha da dərinləşdirilməsi üçün atılacaq addımlarla bağlı fikir mübadiləsi aparılıb. Əməkdaşlığın daha geniş sahələrə və istiqamətlərə şaxələndirilməsinin, xüsusən də iqtisadi sahədə dərinləşdirilməsinin vacibliyi vurğulanıb.
Söhbət zamanı diqqətə çatdırılıb ki, bu il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd olunur və bu addımlar da həmin tarixi hadisə ilə eyni vaxta təsadüf edir.
Tərəflər öz regionlarında baş verən son hadisələri də müzakirə edib, bu yaxınlarda Əlcəzairin ev sahibliyi etdiyi Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 7-ci Zirvə toplantısının nəticələri kontekstində enerji keçidi məsələsi ilə bağlı aspektlər üzrə fikir mübadiləsi aparıblar.
Nazirliyin açıqlamasında, eyni zamanda, Azərbaycanın bu ilin noyabrında ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) barədə məlumat verilib.