Ağcabədidə Qarabağ və Şərqi Zəngəzur regionundan olan gənclər üçün “Könlüm Qarabağda, Könlüm Zəngəzurda” düşərgəsi başlayıb.
Sadə dəyişikliklə sağlamlıq: Bir çimdik kakao ilə səhər içdiyiniz kofe daha faydalı ola bilər
Qərbi Azərbaycan Amasiya rayon İcmasında Özbəkistan və Tacikistandan gələn şairlər, yazıçılarla görüş keçirildi.
AMEA-da yeni təyinat olub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti aparatının Elm və Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Bununla bağlı akademiyanın prezidenti akademik İsa Həbibbəyli sərəncam imzalayıb.
Sərəncama əsasən, bu vəzifəyə filologiya elmləri doktoru, dosent Sərxan Abbas oğlu Xavəri gətirilib.
Xatırladaq ki, S.Xavəri 1973-cü il mayın 26-da Goranboy rayonunda anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildən AMEA sistemində çalışan S.Xavəri 2006-cı ildən indiyədək AMEA-nın Rəyasət Heyətinin elmi katibi vəzifəsində fəaliyyətini davam etdirib. O, yerli və xarici mətbuatda, o cümlədən indekslənmiş beynəlxalq nüfuza malik elmi jurnallarda 50-yə yaxın elmi məqalənin, dörd monoqrafiyanın müəllifidir.























































