Menu
Xəbər Lenti
Xəzərdə zəlzələ oldu
31-05-2025, 11:31

Xəzərdə zəlzələ oldu

Sabah 36 dərəcə isti olacaq
31-05-2025, 11:21

Sabah 36 dərəcə isti olacaq

Saleh Səmədov həbs edildi
31-05-2025, 11:17

Saleh Səmədov həbs edildi

Tramp onları əfv etdi
30-05-2025, 06:32

Tramp onları əfv etdi

07 Nis 09:03Manşet / Gündəm

Mərhum Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki videolarını silənlərin məqsədi nədir? - ARAŞDIRMA

 

Mərhum ilahiyyatçı Şahin Həsənlinin “YouTube” səhifəsi hakerlər tərəfindən ələ keçirilib.

Bu barədə mərhumun adına olan “Facebook” səhifəsində məlumat paylaşılıb.

Tanınmış texnobloqer Fərid Pərdəşünas bildirib ki, son vaxtlar ölkədə xaricdən gələn hücumlar nəticəsində “YouTube” kanallarının oğurlanması tez-tez müşahidə olunur.

Onun sözlərinə görə, bu, xüsusi kiberdələduzluq metodlarından istifadə edilməklə həyata keçirilir.

Texnobloqer “YouTube” səhifələrinin hansı məqsədlər üçün oğurlandığını da açıqlayıb.

İlahiyyatçı Ağa Hacıbəyli də mərhum Şahin Həsənlinin “YouTube” kanalının oğurlanmasına münasibət bildirib. O deyib ki, hər gün onlarla insanın faydalandığı kanaldan videoların silinməsi yolverilməzdir.

Qeyd edək ki Şahin Həsənliyə məxsus “YouTube” kanalının və oradan silinən videoların geri qaytarılması üçün tədbirlər görülür.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində: