Bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar
Azərbaycançılıq idealogiyasının yaradıcısı və banisi Ulu Öndər Heydər Əliyev Azərbaycanda güc strukturunu yaratmışdır -Könül Nəbizadə
Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın yeni sayı açıqlanıb
Mikayıl Cabbarov Səudiyyə Ərəbistanında keçirilən Dünya İqtisadi Forumunda iştirak edəcək
Ağstafada şəhid Elşad Həsənovun Anım günü keçirildi.
“Xezertv.info” xəbər verir ki, 11 aprel 2023-cü il tarixində Laçın rayonunda şəhid olmuş Elşad Həsənov, Vidadi Zalov, Səbuhi Tağıyevin Anım mərasimləri Ağstafa, Apşeron, Naxçıvanda keçirilib. 12 aprel 2024-cü il tarixində Ağstafa rayonunda şəhid Elşad Həsənovun Anım gününə həsr edilmiş tədbirlərdə AVMVİB-nin nümayəndələri polkovnik Elmar Hüseynov, Mərdan Ələsgərov, Qaçay Aslanov, Əli Hümbətov, Vaqif Sadıqov, Şükür Tağıyev, Ədalət Şükürov, Əli Qaragözov iştirak etdilər.
Tədbirdə Ağstafa rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Qədiməliyev Ariz, əməkdaşı Vüqar Həsənov və ictimaiyyətin nümayəndələri iştirak etdilər.
Tədbir Ağstafa rayonunun Xətai kəndində şəhid Elşad Həsənovun adına ailəsi tərəfindən inşa edilmiş, "AzərSu"-nun dəstəyi ilə Şəhid bulağın açılışı ilə başladı.
Fərid Faiqoğlu
AJB-nin üzvü, “Xezertv.info”-nun təsisçisi,
“Qızıl Qələm” mükafatçısı, ehtiyatda olan Baş leytenant.