Xəbər Lenti
20-12-2024, 07:29
“Ölkəmizə qarşı aparılan ideoloji təxribatlarla mübarizə hər birimizin vəzifəsidir”
İranın İsrailə hücumu qızılın qiymətinə təsir edib
İranın İsrailə hücumu fonunda qızılın dünya qiymətlərinin səviyyəsi artıb.
Bu barədə Nyu-Yorkun “Comex” birjasının nəticələrindən məlum olub.
Məlumata görə, qızılın qiyməti 1% artaraq troya unsiyası üçün 2,4 min dollara yaxınlaşır.
İyun ayı qızıl füçersləri 25,3 ABŞ dolları və ya 1,08% bahalaşaraq bir troya unsiyası üçün 2 385,25 dollar olub. Gümüşün may füçersləri 1,48% artaraq bir unsiya üçün 28,385 dollar olub.
Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran silahlı qüvvələri İsrail ərazisinə 185 pilotsuz uçuş aparatı, 36 qanadlı raket və “yer-yer” sinfinə aid olan 110 raket atıb. Tehran bəyan edib ki, bu, aprelin 1-də ölkənin Dəməşqdəki (Suriya) konsulluğuna edilən hücuma cavabdır.
Mənbə: RIA Novosti