Menu
Xəbər Lenti
TƏBRİK EDİRİK!!!
14-05-2024, 13:20

TƏBRİK EDİRİK!!!

Səmərəli siyasi dialoq
13-05-2024, 08:38

Səmərəli siyasi dialoq

30 Nis 13:37Manşet / Gündəm

COP 29: İqtisadi ekologiyalaşdırma və ekoloji normaların qarşılıqlı əlaqəsi

 

    İqtisadi ekologiyalaşdırma - Ekonomika (iqtisadiyyat) və ekologiya sözləri arasındakı dərin əlaqə elə adlarından da görünür. Ekologiyayunancadan hərfi tərcümədə – ev, iqtisadiyyat (yun. oikonomike) isə ev təsərrüfatının idarəedilməsi mənasınıbildirir.


İqtisadiyyat müasir anlamaya görə istehsal şəraitini və onun formalarını, əmtəə mübadiləsini, o cümlədənonunpaylanmasını əhatəedir.


İstənilən ölkənin iqtisadiyyatı çox böyük sistem olub, müxtəlif sahələrdən ibarətdir və bunların hər birindənəsə istehsal olunur. İqtisadiyyatın hər bir halqası, sistemin komponenti kimi başqalarından nə isə almaqla mövcudola bilər.


İlk baxışda iqtisadiyyatın ekologiya ilə heç bir əlaqəsi olmadığı görünür. Tarixi baxımdan da iqtisadiyyatümumekoloji göstəricilərdən nisbətən sərbəst inkişaf etmişdir. Lakin cəmiyyət həmişə təbii ehtiyatlardan və biosferinvəziyyətindənasılıolmuşdur.Sadəcəolaraqbuasılılıqiqtisadisistemlərdənəzərəalınmamışdır.


İqtisadiyyatla ekologiya arasındakı dərin əlaqə insanın dəyişdirdiyi təbiətin insana, onun təsərrüfatına əks təsiriüzə çıxandan sonra dərk edilməyəbaşlanmışdır.


Ekoloji böhran, əslində ənənəvi iqtisadi siyasətin nəticəsidir. Ekoloji böhranın bilavasitə səbəbi dar düşüncə ilə qazanc dalınca qaçmaqdır, yəni bu halda təkcə fəhlə qüvvəsi deyil, təbii ehtiyatlar da istismar edilir,məhsulunmayadəyəri mühitinçirklənməsi hesabına aşağısalınır.


Ekologiyalaşdırılmış iqtisadiyyatda istehsalın məqsədi ekologiyanın prinsipləri və insanların sağlamlığı üçüntəhlükəsiz olan əmək şəraiti ilə müəyyən olunmalı, qazanc qanunlarına yer olmamalıdır. Bu o deməkdir ki, iqtisadiyyattəkcəgəlir üçündeyil,ümumi faydaüzərindəqurulmalıdır.


Müxtəlif təbii ehtiyatlardan istifadə (yəni onların tükənməsi), o cümlədən mühitin müəyyən dərəcədə çirklənməsi istənilən iqtisadi fəaliyyət zamanı zəruridir. Bu bilavasitə istehsal prosesləri və istehlak ilə bağlıdır. Məsələn, atmosferə düşmüş dəm qazının miqdarı müxtəlif tip avtomobil mühərrikləriklərində yandırılan yanacağınkəmiyyətvəkeyfiyyətindənasılıdır;çirklənmişsuyunbizimgölvəçaylarımızaaxıdılmasıpolad,kağız,parçavə s. istehsalının səviyyəsindən asılıdır. Çünki suların miqdarı hər bir halda konkret sahənin texnoloji səciyyəsiilə müəyyənedilir.


İqtisadiyyatçı yeni texnologiya kəşf edə bilməz. Lakin o texnologiyanın dəyişməsini, istehsalın ekoloji nəticələrini(mühitinçirklənməsininazalma,yaçoxalmasını,təbiiehtiyatlarınistifadəsini)izahvəyaxəbərdarlıqedəbilər.


O, ekoloji nəticələrin müxtəlif mal və xidmətlərin qiymətinə təsirini bilməyə borcludur. İstehsalın müxtəlifsahələrinin rəhbərləri təkcə təbii sərvətlərdən istifadəyə görə deyil, onların törətdiyi çirklənmənin aradan götü-rülməsinəgörədəmaliyyəməsuliyyəti daşımalıdır.


İqtisadiyyatın ekologiyalaşdırılması həm ictimai istehalın əsas istiqamətlərində, həm də əhali tərəfindən istehlakınxarakter vəmədəni səviyyəsindədəyişikliklərin edilməsini tələbedir.


İqtisadiyyatınekologiyalaşdırılmasınınbugünüçünənvacibzəmini


aşağıdakılardır:


  təbiətdənsəmərəliistifadəninhüquqivətəşkilişəraitinin


formalaşması;


  iqtisadiyyatıtəbiətqoruyucuəsasakeçirməkdənötrüelmi-texniki


potensialınyaradılması;


ictimaiistehsalındəyişdirilməsi;onunsonistehlakməhsulunun


artırılmasınadoğruistiqamətləndirilməsi,


«istehsalxatirinəistehsal»minimumaendirilməli;


  qapalıistehsaltsikllərininyaradılmasıvəistehsaltullantılarının


minimumaendirilməsi;


      təbii ehtiyatların tam dəyərini göstərmək məqsədilə məhsul


istehsalının uçot sisteminin tənzimlənməsi.Təbiimühitinvəziyyətiniadiistehlakçılar,işadamları,fermerlərmüəyyənedir.Onagörədəcəmiyyəttərəfindən yeni istehsalın yaradılması, alternativ ehtiyatlardan istifadə edilməsi haqqında qərarların qəbulunda cəmiyyətinbütüntəbəqələrininəməkdaşlığınaarxalananyeniiqtisadisiyasətinqəbuledilməsivacibdir.


Davamlı inkişafın əsasını açıq rəqabətli bazar təşkil edir ki, burada


qiymətlər sərvətlərin dəyərini əks etdirir.Davamlıinkişafsürətləartanəhalinintələbləriniödəməküçünəmtəəistehsalınınvəxidmətləringenişləndirilməsini tələb edir.Bu zaman təbii ehtiyatlardan istifadə səmərəli, istehsal prosesləri və istehlak ekoloji baxımdantəmizolmalıdır.Yalnızhökumətqərarlarıilədavamlıinkişafkonsepsiyasınıtənzimləməkmümkündeyildir, belə ki, istehal və istehlakda milyardlarla insan iştirak edir. Dövlət davamlı inkişaf üçün zəmin və şərait yaratmalıdır.


Azad bazarlar davamlı inkişafın əldə edilməsi üçün stimul ola bilər. Əgər ehtiyatların qiyməti obyektiv müəyyən edilmişsə, rəqabət mübarizəsi istehsalçıları ehtiyatlardan qənaətlə istifadə etməyə məcbur edəcəklər. Əgərətraf mühitin çirklənməsi sahibkarlar tərəfindən istehsal üçün «itirilmiş» sərvətlərlə eyniləşdirilərsə, onda qiymətin aşağı salınmasına çalışmaq istehsalçıları zərərli tullantıları azaltmağa məcbur edəcəkdir, bu, xüsusilə ekoloji çirklənmənin nəticələrini aradan götürdükdə, yaxud cərimə ödədikdə çəkilən xərclərlə əlaqədar olacaqdır.Rəqabət mübarizəsi, azad bazar iqtisadiyyatı üçün səciyyəvi olub, yeni texnologiyaların yaradılmasının əsasamilidir.Yenitexnologiyalar isəehtiyatlardan dahasəmərəliistifadəetməküçün zəruridir.


Dünya iqtisadiyyatı qarşısında duran ən vacib məsələ ekoloji xərclərin istehsal məhsullarının maya dəyərinədaxil edilmək yollarını müəyyən etməsidir. Əgər xammalın və hazır məhsulun üzərinə sosial xərclər əlavə edilməsə və əgər istifadə edilən, həmçinin hazırda pulsuz olan hava, su və torpaq sərvətlərinin dəyəri müəyyən edilməsə, bu ehtiyatlar bundan sonra da səmərəsiz istifadə ediləcəkdir, nəticədə çirklənmə dərəcəsi artmaqda davamedəcəkdir.


Ekoloji normalar - dövlətlər ətraf  mühitin mühafizəsinin uyğun normalarını müəyyən edir, ətraf  mühitin keyfiyyətində dəyişikliklər və sərvətlərindən istifadə üzərində monitorinq tətbiq edir, həmçinin əldə edilmiş məlumatları nəşr etdirir.


Dövlətlər qabaqcadan ekoloji qiymətləndirməni hazırlayır, yaxud təklif olunan fəaliyyət növü ilə əlaqədar onları həyata keçirir bu da öz növbəsində xeyli miqdarda ətraf mühitə təsir göstərə bilər, yaxud hər hansı bir təbii sərvət növündən istifadə edə bilər.


Ilkin xəbərdarlıq – Planlaşdırılmış fəaliyyət, fəaliyyətin müəyyən dərəcədə toxunduğu bütün şəxslərə dövlət tərəfindən əvvəlcədən xəbərdarlıq edilir, onların inzibati və məhkəmə məsələlərində hüquqları qorunur.


Davamlı inkişaf və kömək – Dövlətlər ətraf mühitin qorunmasının, planlaşdırmanın tərkib hissəsi kimi baxıldığı şəraiti təmin edir, başqa ölkələrə, xüsusən də inkişaf  etməkdə olan ölkələrə ətraf mühitin qorunması və davamlı inkişafın təmin edilməsində köməklik göstərirlər.


Ümumi əməkdaşlıq borcu – Dövlətlər yuxarıdakı hüquq və vəzifələrin həyata keçirilməsi üçün başqa dövlətlərlə əməkdaşlığa çalışırlar.


Hüquqi dövlətdə insanlar arasında münasibət hüquq normasını ifadə edən və hamı üçün məcburi olan qanunların köməyi ilə tənzimlənir. İnsanların təbiəti yenidən dəyişdirici fəaliyyəti hüquqla qaydaya salınmışdır. Sağlam ətraf mühit hüququ yeni nəsilə məxsusdur. Onun ayrı-ayrı ölkələrin konsititusiyasına daxil edilməsi bütün dövlətləri düşünülməmiş ekoloji hərəkətlərə görə məsuliyyət daşımağa məcbur edir.


 

 

Azərbaycan Dövlət İqtisad Universiteti,


İqtisadiyyat və İdarəetmə fakültəsi,


Dövlət və Bələdiyyə idarə edilməsi ixtisası,


Qrup 508, III kurs, İncel Ece Mehmet qızı.