Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

16 May 06:19Manşet / Dünya

Asiyada yeni COVID-19 dalğası yayılır - KİV

 

Asiyada yeni COVID-19 dalğası yayılır. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Belə ki, Honq Konq və Sinqapurun səhiyyə orqanları, xəstəliyin yeni dalğası Asiyaya yayıldığı üçün COVID-19 hallarının kəskin artacağı barədə xəbərdarlıq edib.
Bildirilir ki, İctimai Sağlamlıq Mərkəzinin yoluxucu xəstəliklər şöbəsinin müdiri Albert Au Honq Konqda virusun aktivliyinin olduqca yüksək olduğunu açıqlayıb.

Təsdiqlənmiş yoluxma hallarının sayı son bir ildə ən yüksək həddə çatıb və ağır yoluxma hallarının sayı da artıb.

Agentlik bildirir ki, yoluxma hallarının artımı hələ son iki ildə müşahidə olunan infeksiyanın zirvəsinə çatmasa da, COVID ilə bağlı tibbi məsləhətləşmələrin və xəstəxanaya yerləşdirilmələrin sayı virusun sürətlə yayıldığını göstərir.

Sinqapurun Səhiyyə Nazirliyi yoluxmaların artmasını əhalidə immunitetin zəifləməsi ilə əlaqələndirib.