"Art Weekend"nçərçivəsində "Nəfəs-söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirildi
Məktəb bitdi, hərbi xidmət də yekunlaşmaq üzrədir... - Həyat kitabında yeni bir səhifə açılır
AAYDA, "7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı" MMC-nin direktoru Məhəmməd Musayev – “İşinin peşəkarı, dövlətə sədaqət andı, əsl vətəndaş mövqeyi”-MÖVQE
Əli Əsədov Türkiyəyə səfər edəcək
Azərbaycan və Türkiyə arasında may ayının 8-də Ankarada iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclası və biznes-forumu keçiriləcək.
Bu barədə Türkiyənin Ankara Sanayi Odasından (Ankara Sənaye Palatası) məlumat verilib.
Bildirilib ki, “Türkiyə-Azərbaycan Hökumətlərarası Birgə İqtisadi Komissiyasının 11-ci dövr iclası münasibətilə 8 may 2024-cü ildə Ankarada Türkiyə Palatalar və Birjalar Birliyi (TOBB) və Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) əməkdaşlığı ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçiriləcək.
Həmçinin biznes-forumda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın və Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun, dövlətlərin qurum və təşkilatlarının, müxtəlif sektorlarda fəaliyyət göstərən iş adamlarının iştirakı gözlənilir.
Həmçinin iki ölkə arasında iş və investisiya imkanlarının qiymətləndirilməsinin nəzərdə tutulduğu da qeyd edilib.























































