Menu
Xəbər Lenti
FHN daha bir təlim keçirdi
9-07-2026, 10:33

FHN daha bir təlim keçirdi

Sabah yağış yağacaq
8-07-2026, 12:25

Sabah yağış yağacaq

Bəzi rayonlarda leysandır
8-07-2026, 11:58

Bəzi rayonlarda leysandır

06 May 07:00Manşet / Dünya

ABŞ MİT rəhbəri Qəzzada atəşkəs danışıqları aparmaq üçün Qətərə gedir

 

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns təcili olaraq Qətərə gedib və orada Qəzza zolağında atəşkəs razılaşmasını müzakirə etmək üçün baş nazir Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə görüşəcək.

“Report”un məlumatına görə, bu barədə “Reuters” danışıqların gedişi ilə tanış olan rəsmiyə istinadən məlumat yayıb.

“Börns Qətərin baş naziri ilə fövqəladə görüş üçün Dohaya gedir. Görüşün məqsədi danışıqları davam etdirmək üçün İsrail və Fələstinin HƏMAS radikal hərəkatına maksimum təzyiq göstərmək olacaq”, – agentlik mənbədən sitat gətirib.